10
Argentina milli komandası karyerasını başa vurmaq qərarına gələn Lionel Messiyə təşəkkür edib.
Ucnoqta.az xəbər verir ki, komandanın sosial şəbəkə hesabında yayımlanan paylaşımda Messiyə “həyatımızın ən gözəl səyahətini bəxş etdiyi” üçün təşəkkür edilib və onun irsi ilə peşəkarlığının daim yaddaşlarda qalacağı bildirilib.
39 yaşlı Messi 2005-ci ildən Argentina millisində çıxış edib. O, komanda ilə 2022-ci ildə dünya çempionu olub, 2026-cı il dünya çempionatının isə finalına yüksəlib.
Messinin milli komandanın heyətində qazandığı titullar arasında 2008-ci il Olimpiya çempionluğu, iki Amerika Kuboku və Finalissima kuboku da var.
