24
İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-ın Lark adasına endirdiyi zərbə nəticəsində bir neçə nəfərin öldüyünü təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, İİKK bildirib ki, İran ABŞ-ın adaya hücumuna cavab verəcək.
Bundan əvvəl İranın Tasnim agentliyi ABŞ-ın pilotsuz uçuş aparatları ilə Lark adasına zərbə endirdiyini və nəticədə azı iki nəfərin öldüyünü, iki nəfərin yaralandığını yazıb.
Agentliyin məlumatına görə, zərbə məlumatın yayıldığı vaxtdan təxminən bir saat əvvəl həyata keçirilib. Hadisənin təfərrüatları və zərbənin konkret hədəfi barədə əlavə məlumat verilməyib.
