32
Google Maps ABŞ-dakı istifadəçilər üçün Kanadanın Ontario əyaləti ilə ABŞ-ın Nyu-York ştatı arasında yerləşən Ontario gölünün adını “Amerika gölü” kimi göstərməyə başlayıb.
Ucnoqta.az xəbər verir ki, yeni ad yalnız ABŞ ərazisindəki istifadəçilərə görünəcək. Kanadada göl əvvəlki kimi “Ontario gölü” adlandırılacaq. Digər ölkələrdə isə Google Maps hər iki adı göstərəcək.
Bu, Donald Trampın coğrafi adların dəyişdirilməsi ilə bağlı qərarından sonra Google Maps-də tətbiq olunan növbəti dəyişiklikdir.
Bundan əvvəl də eyni prinsiplə Meksika körfəzi ABŞ-dakı istifadəçilər üçün “Amerika körfəzi” adı ilə göstərilməyə başlanmışdı.
