Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşdə Hörmüz boğazında müvəqqəti gəmiçilik dəhlizinin yaradılması məsələsini müzakirə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər təklif olunan mərhələli tədbirlər çərçivəsində Hörmüz boğazından keçən müvəqqəti birgə gəmiçilik dəhlizinin yaradılması ilə yanaşı, boğazın minalardan təmizlənməsi üzrə birgə layihənin həyata keçirilməsini də müzakirə ediblər.
Görüşdə eskalasiyanın azaldılması və fikir ayrılıqlarının dialoq yolu ilə həlli üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, Qətər hökumətinin başçısının İrana səfəri bu il fevralın 1-dən sonra ilk səfərdir. Qətər daha əvvəl ABŞ və İran arasında atəşkəs şərtləri ilə bağlı dolayı danışıqlarda vasitəçilik etmək təklifini irəli sürüb.
