Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri avqustun 23-də Qazaxıstanda keçirilən Kuruştay (birpalatalı parlament) seçkilərini tənqid ediblər.
Ucnoqta.az xəbər verir ki, büronun dərc etdiyi 26 səhifəlik ilkin hesabatda qeyd olunub ki, seçkilər yaxşı təşkil edilsə də, səsvermədə guya “siyasi plüralizm çatışmayıb”.
Müşahidəçilər seçki məntəqələrində səsvermənin əksər hallarda prosedurlara uyğun keçirildiyini bildiriblər. Bununla yanaşı, müşahidə olunan və açıqlanan seçici fəallığı göstəriciləri arasında fərqlər olduğu qeyd edilib.
Hesabatda digər çatışmazlıqlara da diqqət çəkilib.
Bununla yanaşı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı və MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası da daxil olmaqla, digər ölkələrdən və beynəlxalq təşkilatlardan olan müşahidəçilər seçkilərin qanunvericiliyə uyğun keçirildiyini bildiriblər.
