32
Mil-Muğan Regional Təhsil idarəsinin tabeliyində faliyyət göstərən 69 təhsil müəssisəsinin infrastrukturu yenilənir.
Ucnoqta.az xəbər verir ki, şagirdlər üçün daha müasir, təhlükəsiz və əlverişli təhsil mühitinin yaradılması istiqamətində regionun təhsil müəssisələrində əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
Ümumilikdə 69 təhsil müəssisəsində müxtəlif istiqamətlər üzrə əsaslı və cari təmir işləri həyata keçirilir.
Bu layihələr təhsil müəssisələrinin maddi-texniki bazasının və infrastrukturunun müasirləşdirilməsinə, şagird və müəllimlər üçün daha əlverişli təhsil mühitinin formalaşdırılmasına xidmət edir.
