“Dubai Aviation City” korporasiyası Yaponiyanın Mitsubishi Heavy Industries və Hindistanın Larsen & Toubro şirkətləri ilə birlikdə Dubayın Əl-Məktum hava limanında dünyanın ən böyük pilotsuz şatl xəttini inşa edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə The National qəzeti məlumat yayıb.
Məlumata görə, 50 kilometr uzunluğunda olacaq xətt hava limanının əsas binasını bütün terminallarla birləşdirəcək. Xəttin tamamilə yeraltı olması planlaşdırılır.
Tikintinin 2031-ci ilədək başa çatdırılması nəzərdə tutulur. İlkin mərhələdə xətt üzrə 9 dayanacaq olacaq, daha sonra onların sayının 14-ə çatdırılması planlaşdırılır.
Əl-Məktum hava limanının genişləndirilməsi başa çatdıqdan sonra dünyanın ən böyük hava limanına çevriləcəyi gözlənilir. Layihəyə əsasən, hava limanı ildə 260 milyon sərnişinə və 12 milyon ton yükə xidmət göstərə biləcək.
