29
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarılmasının tərəfdarı olduğunu bildirib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Paşinyan hökumətin 2026–2031-ci illər üçün proqramını təqdim edərkən qeyd edib ki, Ermənistan qarşıdakı beş il ərzində KTMT çərçivəsində fəaliyyətini aktivləşdirmək niyyətində deyil.
“Bilirəm ki, KTMT-də müzakirələr gedir və nizamnamə də buna imkan verir – ölkəni təşkilatdan xaric etmək mümkündür. Əgər təşkilat Ermənistan Respublikasını KTMT-dən xaric etmək qərarına gəlsə, bundan çox məmnun olaram. Ən azı bu, bizi təşkilatdan çıxıb-çıxmamaq dilemmasından azad edər”, – Paşinyan deyib.
