Bəzi içkilər uşaqların sağlamlığına mənfi təsir göstərə bilər.
Ucnoqta.az bildirir ki, mütəxəssislər uşaqlara yaşına uyğun olmayan içkilərin verilməməsini tövsiyə edirlər.
Kola 12 yaşadək uşaqlar üçün məsləhət görülmür. Tərkibindəki kofein və fosfor turşusu kalsium mübadiləsinə təsir göstərə bilər.
Qablaşdırılmış şirələr və limonadlar 11 yaşadək uşaqlar üçün uyğun hesab edilmir. Bu içkilərin bir çoxunda şəkərin miqdarı yüksək, faydalı qida maddələrinin miqdarı isə azdır. Həddindən artıq istehlak artıq çəki və digər sağlamlıq problemləri riskini artıra bilər.
Qəhvə 16 yaşadək uşaqlar üçün məhdudlaşdırılmalıdır. Tərkibindəki kofein sinir sisteminə, yuxuya və qan təzyiqinə təsir göstərə bilər.
Enerji içkiləri isə 18 yaşadək ümumiyyətlə tövsiyə edilmir. Onların yüksək kofein və digər stimullaşdırıcı maddələr tərkibi ürək-damar və sinir sistemi üçün risk yarada bilər.
Mütəxəssislər uşaqlar üçün əsas içkinin su olmasını, digər içkilərin isə yaş və sağlamlıq vəziyyətinə uyğun seçilməsini məsləhət görürlər.
