Kanada hökuməti ABŞ-la ticarət danışıqlarının Konqresə keçiriləcək aralıq seçkilərədək bərpa olunmasını az ehtimal edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Kanada Baş naziri Mark Karni hökuməti yaxın vaxtlarda yeni danışıqların keçiriləcəyinə dair hər hansı işarə görmür. Ottawa hesab edir ki, ABŞ-da noyabrın əvvəlində keçiriləcək Konqres seçkilərindən əvvəl danışıqların yenidən başlaması ehtimalı da çox aşağıdır.
Bununla belə, vəziyyətin dəyişkən olaraq qaldığı və Vaşinqtonun ticarət müzakirələrini yenidən başlatmaq imkanını istisna etmədiyi bildirilir.
Bloomberg-in məlumatına görə, Kanada hakimiyyəti ölkə şirkətlərinə dəstək tədbirlərini də hazırlayır. Bu tədbirlərin zərurət yaranacağı təqdirdə ABŞ Prezidenti Donald Trampın səlahiyyət müddətinin sonunadək qüvvədə qala biləcəyi nəzərə alınır.
Qeyd edək ki, ABŞ və Kanada arasında ticarət danışıqları avqustun 21-də nəticəsiz başa çatıb. Bundan sonra ABŞ bəzi Kanada mallarına 50 faizlik rüsum tətbiq edib, Kanada isə buna qarşılıq tədbirlər görəcəyini açıqlayıb.
