Yer kürəsində çərşənbə axşamı səhər saatlarından etibarən zəif səviyyəli maqnit qasırğası başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Sibir Bölməsinin Günəş-Torpaq Fizikası İnstitutunun Günəş Astronomiyası laboratoriyası məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə təxminən 08:00-09:00 radələrində planetin müxtəlif bölgələrində yerləşən maqnit rəsədxanalarının məlumatları Yer kürəsində geomaqnit qasırğasının başladığını göstərib. İlkin mərhələdə qasırğanın gücü G1 səviyyəsində olub.
Laboratoriyanın məlumatına görə, geomaqnit vəziyyətinin mürəkkəbləşməsi əvvəlcədən gözlənilsə də, dəyişikliklərin zəif səviyyəni keçməyəcəyi düşünülürdü. Bununla belə, Günəş küləyinin göstəriciləri uzun müddət aşağı səviyyədə qalsa da, Yer kürəsinin maqnit sahəsində qasırğa yaranıb.
