28
ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş üzvü Marjori Teylor Qrin Vaşinqton administrasiyasının İrana qarşı nüvə silahından istifadə imkanını nəzərdən keçirdiyini iddia edib.
Ucnoqta.az xəbər verir ki, “X” sosial şəbəkəsində paylaşım edən Qrin bildirib ki, təhlükəsizlik məsələləri ilə bağlı toplantılarda İrana qarşı nüvə silahından istifadə müzakirə olunub.
Respublikaçılar Partiyasının üzvü olan Qrin ABŞ administrasiyasını kəşfiyyat məlumatlarına baxmayaraq İrana qarşı əməliyyata başladığı üçün yenidən tənqid edib.
