27
Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda dəfn edilib.
Ucnoqta.az xəbər verir ki, dəfndə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, hərbçilər, mərhumun yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Abbasəli Novruzov ötən gün 89 yaşında vəfat edib.
Xatırladaq ki, o, 1994-cü il aprelin 8-də Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, 2001-ci ilə qədər bu vəzifəni tutub.///unikal.az
