Dron hücumları Rusiyanın ən böyük onlayn ticarət platformalarından biri olan “Wildberries” üçün ciddi maliyyə itkilərinə səbəb ola bilər.
Ucnoqta.az xəbər evrir ki, “Forbes”in analitik hesablamalarına görə, şirkətin ümumi itkiləri 800 milyard rubla qədər yüksələ bilər.
Mütəxəssislərin qiymətləndirməsinə əsasən, hücumlar nəticəsində Wildberries artıq anbar sahələrinin təxminən 20%-ni itirmiş ola bilər. Bu isə şirkətin logistika imkanlarına və sifarişlərin çatdırılması prosesinə əhəmiyyətli təsir göstərə bilər.
Analitiklər bildirirlər ki, zədələnmiş anbarların və digər infrastruktur obyektlərinin bərpası üçün 279 milyard rubla qədər vəsait tələb oluna bilər. Əgər zədələnmiş tikililərin tamamilə sökülməsi, dağıntıların ərazidən çıxarılması və torpaqların rekultivasiyası lazım gələrsə, şirkətin xərcləri daha da artacaq.
Forbes-in hesablamalarına görə, bu halda “Wildberries”in ümumi maliyyə itkisi 800 milyard rubla çata bilər.
