Venesuela hökuməti və ölkə müxalifəti İngiltərə Bankında saxlanılan dövlətin qızıl ehtiyatlarının geri qaytarılması üçün birgə fəaliyyət göstərmək barədə razılığa gəlib.
Ucnoqta.az xəbər verir ki, Financial Times qəzetinin məlumatına görə, İngiltərə Bankında ümumi dəyəri təxminən 4 milyard dollar olan 31 ton Venesuela qızılı saxlanılır.
Tərəflər iki həftəlik danışıqların yekununda qəbul etdikləri birgə bəyanatda Venesuelanın İngiltərə Bankında saxlanılan beynəlxalq ehtiyat aktivlərinin geri qaytarılması istiqamətində səyləri birləşdirəcəklərini bildiriblər.
Məlumata görə, qaytarılacaq vəsait iyunun 24-də baş verən, maqnitudası 7,5-ə çatan dağıdıcı zəlzələdən sonra ölkənin bərpasına yönəldiləcək. Zəlzələ nəticəsində 6,3 mindən çox insanın öldüyü bildirilir.
İngiltərə Bankı məsələ ilə bağlı şərh verməkdən imtina edib. Bank Venesuela qızılına kimin nəzarət etdiyinə dair hüquqi aydınlıq yaranmasını gözləyir. Britaniya hökuməti isə hələlik şərh sorğusuna cavab verməyib.
