28
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ-ın İranla müharibə zamanı yol verdiyi səhvlərin əsas səbəbi ölkənin kəşfiyyat xidmətlərinin uğursuz fəaliyyəti olub.
Ucnoqta.az xəbər verir ki, o, ABŞ-ın İranın vəziyyətini uzun müddət düzgün qiymətləndirmədiyini və bunun müharibədə özünü göstərdiyini qeyd edib.
Əraqçinin sözlərinə görə, Vaşinqton Hörmüz boğazı ətrafındakı vəziyyətlə bağlı da daha böyük yanlışlığa yol verib. O, ABŞ-ın kəşfiyyat məlumatlarını tənqid edərək, “saxta xəbərlərdən daha pis olan yalnız saxta kəşfiyyatdır” ifadəsini işlədib.
