Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi BMT-nin tədricən əhəmiyyətini itirdiyini və “yavaş-yavaş öldüyünü” bildirib.
Ucnoqta.az xəbər verir ki, Qrossinin sözlərinə görə, BMT-nin hazırda birbaşa məhv olmaq təhlükəsi ilə üz-üzə olduğunu düşünmür. O, bunu daha çox “yavaş ölüm” adlandırıb.
“BMT tədricən öz əhəmiyyətini itirir, son dövrlərdəki böhranların və dövlətlərarası müharibələrin həllinə ciddi töhfə vermir”, – Qrossi Financial Times qəzetinə müsahibəsində deyib.
O, həmçinin sosial proqramlar və iqlim dəyişikliyi kimi digər istiqamətlərdə təşkilatın fəaliyyətinin “acınacaqlı nəticələri” ilə bağlı məyusluq hissinin olduğunu vurğulayıb.
Qeyd edək ki, Qrossi BMT-nin növbəti baş katibi vəzifəsinə namizədlərdən biridir.
