40
İspaniya və Portuqaliyanın bir sıra bölgələrində isti hava ilə əlaqədar əlverişsiz hava şəraiti barədə xəbərdarlıq elan olunub.
Ucnoqta.az xəbər verir ki, İspaniyanın Dövlət Meteorologiya Agentliyinin (Aemet) məlumatına görə, ölkədə havanın temperaturu 40 dərəcəyə çata bilər. Bununla əlaqədar qurum ölkənin əksər hissəsində təhlükə səviyyəsini sarı, yüksək təhlükə səviyyəsini isə narıncı dərəcəyə qaldırıb. Meteoroloqlar yaxın günlərdə meşə yanğınlarının baş vermə riskinin çox yüksək olduğunu da bildiriblər.
EFE agentliyinin məlumatına görə, Portuqaliya Dəniz və Atmosfer İnstitutu da ölkənin şimal-şərqindəki dörd rayonda isti hava ilə bağlı xəbərdarlıq edib. Həmin ərazilərdə də temperaturun 40 dərəcəyə yaxınlaşacağı gözlənilir.
