35
İspaniya hakimiyyəti zəlzələdən zərər çəkən Kolumbiyaya 1 milyon avro məbləğində yardım paketi ayıracaq.
Ucnoqta.az xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İspaniya Beynəlxalq Əməkdaşlıq Agentliyi vasitəsilə “qardaş Kolumbiyada zəlzələdən sonra ən təcili ehtiyacların qarşılanması üçün” dərhal 1 milyon avroluq ilk yardım paketini göndərəcək. Yardım çərçivəsində ölkəyə dərman preparatları da çatdırılacaq.
Avqustun 10-da Kolumbiyanın qərbindəki Çoko departamentində, San-Xose-del-Palmar şəhəri yaxınlığında 7,4 maqnitudalı zəlzələ baş verib. Təbii fəlakət nəticəsində azı 234 nəfər həlak olub.
