40
İranın ali dini lideri Müctəba Xamenei ictimaiyyət qarşısına yalnız təhlükəsizlik səbəbindən çıxmır.
Ucnoqta.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) baş komandanının müşaviri Məhəmməd Rza Nəqdi bildirib.
“Bu strategiya onun öz işidir. Düşmənlərimiz cinayətkarlardır və qanunlara tabe olmurlar. Təbii ki, bu, təhlükəsizlik məsələsidir. Şübhəsiz ki, başqa səbəb yoxdur”, – deyə Nəqdi PBS telekanalına müsahibəsində Xameneinin niyə ictimaiyyət qarşısına çıxmadığı ilə bağlı suala cavab verib.
Müctəba Xamenei ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına başladığı vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb. Həmin əməliyyat zamanı onun atası, İranın əvvəlki ali dini lideri Əli Xamenei həlak olub.
