32
Şəmkirdə 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Ə.Abdıyev elektrik dirəyindən işləyərkən onu cərəyan vurub. Ə.Abdıyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
