Çinin şərq bölgələrinin hökumətləri güclü “Delfin” tayfununun yaxınlaşması ilə əlaqədar 420 mindən çox insanı təxliyə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Çjetszyan əyalətinin Tayçjou şəhərində 390 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb. Şanxayda isə sahilyanı rayonların 30 mindən çox sakini təxliyə edilib.
Çinin Meteorologiya İdarəsi avqustun 8-də tayfunla bağlı hazırlıq səviyyəsini dördüncü səviyyədən üçüncü səviyyəyə qaldırıb. Çində fövqəladə hallara hazırlıq üzrə dörd səviyyəli sistem fəaliyyət göstərir və birinci səviyyə ən yüksək səviyyə hesab olunur.
Meteoroloqların məlumatına görə, küləyin sürəti saniyədə 40 metrdən çox olan “Delfin” tayfunu avqustun 9-dan 10-na keçən gecə dənizdən Çinin şərq sahillərinə çıxacaq.
