36
ABŞ Konqresinin Senatı Rusiya və İrana qarşı Amerika sanksiyalarının sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Ucnoqqta.az xəbər verir ki, qanun layihəsi növbəti mərhələdə Nümayəndələr Palatasında müzakirə olunacaq. Səsvermədən əvvəl senatorlar ABŞ prezidentinin Rusiyadan neft və ya qaz idxal edən üçüncü ölkələrə gömrük rüsumları tətbiq etmək səlahiyyətinin ləğvini nəzərdə tutan düzəlişi dəstəkləməyiblər.
Senatorlar beş həftə davam edəcək yay tətilinə yollanmamışdan əvvəl qanun layihəsini səsverməyə çıxarıblar.
