32
Azərbaycanda yay fəsli başa çatıb və sentyabrın 23-dən etibarən payız fəsli başlayıb.
Ucnoqta.az xəbər verir ki, payız fəsli Bakı vaxtı ilə saat 04:05:08-də daxil olub.
Fəsillərin dəyişməsinə səbəb olan bu astronomik hadisə zamanı gecə ilə gündüzün müddəti bərabərləşir. Günəş şərq nöqtəsindən doğur, qərb nöqtəsində batır. Bu zaman Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsir və Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir.
Beləliklə, Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayır.
Astronomik hesablamalara əsasən, bu il payız fəsli 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək.
