Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığı 24 fevral 2022-ci ildən bəri Rusiya ordusunun şəxsi heyət itkiləri təxminən 1 milyon 522 min 440 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Baş Qərargahının məlumatına görə, son sutka ərzində 1 560 hərbçinin itirildiyi bildirilir.
Ukrayna tərəfinin açıqladığı statistikaya əsasən, müharibə başlayandan 23 sentyabr 2026-cı ilədək Rusiyanın itkiləri belə göstərilir:
şəxsi heyət – 1 522 440 nəfər (+1 560);
tanklar – 12 367 ədəd (+3);
zirehli döyüş maşınları – 25 387 ədəd (+13);
artilleriya sistemləri – 50 216 ədəd (+32);
reaktiv yaylım atəş sistemləri – 2 152 ədəd (+1);
hava hücumundan müdafiə vasitələri – 1 665 ədəd (+2);
təyyarələr – 442 ədəd;
helikopterlər – 356 ədəd;
yerüstü robot kompleksləri – 2 723 ədəd (+3);
operativ-taktiki səviyyəli PUA-lar – 530 560 ədəd (+1 426);
qanadlı raketlər – 5 111 ədəd;
gəmilər – 35 ədəd;
sualtı qayıqlar – 2 ədəd;
avtomobil texnikası və yanacaq çənləri – 152 553 ədəd (+380);
xüsusi texnika – 4 737 ədəd (+4).
Baş Qərargah qeyd edir ki, rəqəmlər dəqiqləşdirilir.
