78
ABŞ Prezidenti Donald Tramp Pentaqonun rəhbəri Pit Heqsetin fəaliyyətindən razı qaldığını bildirib.
Ucnoqta.az xəbər verir ki, o, NBC News telekanalına müsahibəsində Heqseti “ən yaxşı müdafiə nazirlərindən biri” adlandırıb.
“Düşünürəm ki, o, ən yaxşılardan biridir. Nə danışdığımı bilirəm. Ağıllı insandır, nə etdiyini yaxşı bilir və hərbçilər ona hörmət edirlər”, – deyə Tramp bildirib.
