Hörmüz boğazından keçən kommersiya gəmilərinin sayı son bir həftədə təxminən üçdəbir azalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters agentliyi Kpler analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, bazar ertəsindən cümə axşamınadək boğazdan keçən kommersiya gəmilərinin sayı ötən həftənin eyni dövründəki 50-dən 33-ə enib.
Məlumata görə, azalma İran və Oman arasında Hörmüz boğazında gəmiçiliyə dair danışıqlarda irəliləyiş fonunda baş verir.
Reuters-in mənbələrinin bildirdiyinə görə, bu həftə bəzi Çin və Hindistan şirkətləri artan endirimlərdən yararlanaraq İraq neftinin Hörmüz boğazı vasitəsilə daşınması üçün tanker icarəyə götürməyə çalışıblar. Lakin gəmi sahibləri təhlükəsizlik risklərini əsas gətirərək tankerlərini təqdim etməkdən imtina ediblər.
