37
ABŞ və İran arasında vasitəçilər vasitəsilə aparılan dolayı danışıqlar yekun mərhələyə daxil olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Al Arabiya telekanalı yüksəkrütbəli mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Vaşinqton və Tehran arasında dialoq vasitəçilər üzərindən davam etdirilir və artıq son mərhələyə keçib.
Həmçinin bildirilib ki, İranın xarici işlər naziri Abbas Əraqçi yaxın vaxtlarda Pakistan ordusunun komandanı ilə iki telefon danışığı aparıb. Mənbənin iddiasına görə, nazir cari həftənin sonu və ya gələn həftənin əvvəlində İslamabada səfər etməyi planlaşdırır.
