ChatGPT-nin yaradıcısı olan ABŞ şirkəti OpenAI işə qəbul zamanı amerikalı vətəndaşlara qarşı ayrı-seçkilik iddiaları ilə bağlı bağlanmış razılaşma çərçivəsində 3,2 milyon dollar ödəyəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir.
Açıqlamada qeyd olunur ki, razılaşma OpenAI-nin zərərçəkənlərə kompensasiya ödəməsini və işə qəbul siyasətini dəyişərək amerikalı namizədlər üçün texnologiya sahəsindəki vakansiyalara bərabər çıxış imkanını təmin etməsini nəzərdə tutur.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, OpenAI bəzi vakansiyaları amerikalı işaxtaranlardan gizlədib və işə qəbul zamanı müvəqqəti iş vizası ilə ölkədə olan miqrantlara üstünlük verib.
Razılaşmaya əsasən, şirkət 1,2 milyon dollar məbləğində cərimə ödəyəcək, həmçinin ayrı-seçkilik siyasətindən zərər çəkdiyi bildirilən ABŞ vətəndaşlarına kompensasiya verilməsi üçün 2 milyon dollarlıq xüsusi fond yaradacaq.
