ABŞ son aylarda Kubada kəşfiyyat imkanlarını genişləndirib və adaya əlavə kəşfiyyat əməkdaşları göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Politico qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərindən biri bildirib ki, Vaşinqton bu yaxınlarda Kubaya kəşfiyyat əməkdaşları ezam edib. Lakin onların ABŞ-ın 18 kəşfiyyat qurumundan hansına məxsus olduğu açıqlanmayıb.
Digər mənbənin sözlərinə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) də Karib ölkəsindəki fəaliyyətini gücləndirir, lakin bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Politico yazır ki, bu addımlar ABŞ-ın Kubaya qarşı mümkün hərbi əməliyyatlarından tutmuş, ölkə rəsmiləri və vətəndaşları arasında hakimiyyətə qarşı narazılığı artırmağa yönəlmiş fəaliyyətlərədək müxtəlif ssenarilərin əlaməti ola bilər. Bununla yanaşı, mənbələr Vaşinqtonun məqsədlərinə çatmaq üçün bütün vasitələri nəzərdən keçirsə də, diplomatik yolu üstün tutduğunu bildiriblər.
