36
“Hörümçək adam: Evə yol yoxdur” (Spider-Man: No Way Home, 2021) filmində Piter Parkerin ən yaxın dostunun nənəsini canlandıran filippinli aktrisa Meri Rivera 82 yaşında vəfat edib.
Ucnoqta.az xəbər evrir ki, bu barədə TMZ portalı məlumat yayıb.
Bildirilir ki, aktrisa aprelin 15-də Havay ştatının Honolulu şəhərində dünyasını dəyişib. Ailə üzvlərinin sözlərinə görə, Rivera insult keçirərək komaya düşmüşdü. Daha sonra yaxınları onu süni tənəffüs aparatından ayırmaq qərarı veriblər.
