34
İspaniyanın Seuta muxtar şəhərinə iyulun sonundan bəri azı 72 min qanunsuz miqrant daxil olub. Onlardan təxminən 70 mini artıq Mərakeş istiqamətində şəhəri tərk edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska Aİ ölkələrinin daxili işlər nazirlərinin görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, iyulun sonundan etibarən İspaniyaya qanunsuz daxil olan təxminən 72 min nəfərin 70 mini artıq ölkəni tərk edib.
Qeyd edək ki, bundan əvvəl İspaniya hakimiyyəti Seutaya daxil olan qanunsuz miqrantların sayının 50 min olduğunu açıqlamışdı.
