44
Böyük Britaniyanın Müdafiə Nazirliyi ölkənin müdafiə sənayesi şirkəti BAE Systems ilə Kral Hərbi Dəniz Qüvvələrinin torpedo silahlarının texniki xidmətinə dair 135 milyon funt sterlinq (181 milyon dollardan çox) dəyərində müqavilə bağlayıb.
Ucnoqta.az xəbər verir ki, nazirliyin məlumatına görə, üç il müddətinə nəzərdə tutulan saziş çərçivəsində şirkət Spearfish və Sting Ray torpedolarının texniki xidməti və təmirini həyata keçirəcək.
Bu torpedolardan Böyük Britaniyanın ərazi sularının müdafiəsi məqsədilə sualtı qayıqlarda, döyüş gəmilərində və dəniz patrul təyyarələrində istifadə olunur.
