44
Rusiyanın Samara vilayətində avqustun 2-də pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalan “Wildberries” şirkətinin anbarı tamamilə yanaraq məhv olub.
Ucnoqta.az bildirir ki, bu barədə vilayətin sənaye və ticarət nazirinin səlahiyyətlərini icra edən Denis Qurkov hökumətin operativ iclasında məlumat verib.
Onun sözlərinə görə, 180 min kvadratmetrlik anbarın 160 min kvadratmetri yanıb. Yalnız inzibati bina salamat qalıb, anbardakı bütün mallar isə məhv olub.
Qurkov bildirib ki, logistika marşrutları vilayətin Krasnoyarsk rayonuna yönləndirilib. Burada yerləşən anbar region daxilində zəruri malların qəbulunu və paylanmasını həyata keçirir. Logistika axınının bir hissəsi isə qonşu regionlara ötürülüb.
