47
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İranın Hörmüz boğazından keçən gəmilərdən ödəniş almasına imkan verməyəcək.
Ucnoqta.az xəbər verir ki, Ağ evdə jurnalistlərin suallarını cavablandıran Tramp bildirib: “Mən onların ödəniş almasına icazə verməyəcəyəm. Əgər kimsə ödəniş alacaqsa, bu biz olacağıq.”
ABŞ lideri həmçinin Vaşinqtonun Hörmüz boğazı üzərində “tam nəzarət” qurduğunu iddia edib.
Tramp vurğulayıb ki, İranın boğazdan keçidə görə rüsum tətbiq etməsi müzakirə mövzusu deyil və bunun baş verməsinə yol verilməyəcək.
