27
ABŞ-da polis əməkdaşı və pastor Rebekka DePaula Dominikan Respublikasında döş implantlarının çıxarılması əməliyyatından sonra yaranan ağır infeksiya səbəbindən həyatını itirib.
Ucnoqta.az xəbər evrir ki, Daily Star nəşrinin məlumatına görə, 31 yaşlı qadın əməliyyatdan bir neçə gün sonra bakterial infeksiyaya yoluxub. Yaxınlarının sözlərinə görə, infeksiya ağır ishala səbəb olub və sonradan ciddi fəsadlar yaradıb.
Səhhəti qəfil pisləşən Rebekka təcili xəstəxanaya çatdırılıb. Anası bildirib ki, həkimlər əvvəlcə qızının vəziyyətinin kritik olduğunu desələr də, xəstəxanaya çatanda onun artıq vəfat etdiyini öyrənib.
Mərhumun ailəsi hadisədə tibbi səhlənkarlıq ehtimalının araşdırılmasını tələb edir. Rəsmi istintaqın nəticələri hələ açıqlanmayıb.
