33
Çinin texnologiya nəhəngi Alibaba proqramlaşdırma və elmi tədqiqat sahələrində təkmilləşdirilmiş imkanlara malik yeni böyük dil modeli Qwen3.8-Max-ı təqdim edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada bildirilib.
Məlumata görə, model ümumilikdə 2,4 trilyon parametrə malikdir, hər tokenin emalı zamanı 95 milyard aktiv parametrdən istifadə edir və 1 milyon tokenədək kontekst pəncərəsini dəstəkləyir.
Qeyd olunub ki, Qwen3.8-Max insan müdaxiləsi olmadan avtonom proqramlaşdırma və uzunmüddətli tapşırıqları yerinə yetirmək imkanına malikdir.
