64
Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina partlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Hadisə humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı, 1994-cü il təvəllüdlü Əlzamin Surxaylı xidməti vəzifəsini yerinə yetirərkən baş verib. O, sağ ayaq nahiyəsindən xəsarət alıb.
1998-ci il təvəllüdlü digər əməkdaş Füzuli Mirzəyev isə yüngül bədən xəsarətləri alıb.
Hər iki şəxs rayon mərkəzi xəstəxanasına təxliyə edilib, vəziyyətləri qənaətbəxşdir.
