25
Lənkəran şəhəri Viyən kəndində 11 otaqlı fərdi yaşayış evi yanıb.
Ucnoqta.az xəbər verir ki, İlham Hüseynova məxsus evin ikinci mərtəbəsində yanğın olub.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
