37
Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində baş verən terror aktı nəticəsində ən azı doqquz polis əməkdaşı həlak olub, 28 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dawn qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Rayonun Baş Polis Müfəttişi Zülfüqar Həmidin sözlərinə görə, qadağan olunmuş Fitnə əl-Xəvaric qrupunun yaraqlıları Hanqu rayonundakı təhlükəsizlik məntəqəsinə hücum ediblər. Polisin cavab tədbirləri nəticəsində 15 terrorçu öldürülüb.
