54
Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” Bolqarıstanda SSKA-nın qonağı olacaq.
Ucnoqta.az xəbər verir ki, qarşılaşma rəqəmsal platformalar arasında yalnız klubun rəsmi “YouTube” kanalında yayımlanacaq.
Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, “ÇSKA Sofiya” – “Qarabağ” matçı həmçinin “CBC Sport”da yayımlanacaq.
30 iyul
UEFA Avropa Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
22:00.SSKA (Bolqarıstan) – “Qarabağ” (Azərbaycan)
İlk oyun – 0:0
Baş hakim: Bran van Den Dries (Belçika)
Sofiya. Vasili Levski Milli Stadionu
