2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 757 milyon ABŞ dolları satılıb.
Ucnoqta.az xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəıfərli bildirib. Natiq Cəfərli qeyd eidr ki, 2025-ci ilin eyni dövründə bu rəqəm 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk altı ayında isə 3,5 milyard ABŞ dolları olub:
“Dollara təlabat düşüb, çünki iqtisadi aktivlik azalıb, ÜDM artımı 0% civarındadır. Dollara tələbin kəskin azalması yaxşı bir gedişat deyil – idxal düşüb, çünki insanların alım gücü azalır, qiymətlət yüksək, real gəlirlərin artım tempi isə aşağıdır.
Hökumətin səhv təsbiti burda da özünü göstərir – hələ də əsas problemi büdcə gəlirlərin azalmasında görürlər, biznes və vətəndaşa əlavə maliyyə yükü gətirməklə bu məsələni həll etməyi düşünürlər. Bu isə əks-effekt verir, iqtisadi aktivliyi daha da zəiflədir və büdcə daxilolmaları artmır. Əsas hədəf iqtisadiyyatı canlandırmaq olmalıdır, bütün qərarlar bu yöndə alınmalıdır – o zaman büdcə gəlirləri də artacaq”.
