23
Avstriyanın hakim koalisiyası məcburi hərbi xidməti islah etmək və faktiki olaraq onu üç ay uzatmaq barədə razılığa gəlib.
Ucnoqta.az xəbər verir ki, bu, Nazirlər Şurasının Zaltsburqda keçirilən iclasından sonra hakim partiyaların liderləri tərəfindən elan edilib.
Avstriya yayımçısı ORF-in məlumatına görə, altı aylıq əsas hərbi xidməti başa vurduqdan sonra çağırışçılar məcburi üç aylıq hərbi təlimdə iştirak etməli olacaqlar.
Bundan əlavə, onlar növbəti 10 il ərzində milis tərkibində təlim keçməlidirlər. Yeni qaydaların 1 yanvar 2027-ci ildə tətbiq edilməsi planlaşdırılır.
Hökumət həmçinin çağırışçılar üçün əmək haqqını 1000 avroya qədər artırmaq və onlara əlavə məzuniyyət günləri vermək niyyətindədir.
