41
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri İraq ərazisindən krallığın neft obyektlərinə doğru atılan bir neçə pilotsuz uçuş aparatını ələ keçirib.
Ucnoqta.az bildirir ki, bu barədə Səudiyyə Müdafiə Nazirliyinin sözçüsü Turki əl-Maliki məlumat verib.
Nazirliyin açıqlamasında deyilir ki, son saatlarda hava hücumundan müdafiə qüvvələri Əl-Şərqiyyə əyalətində və Ər-Riyadda neft obyektlərinə hücum etməyə cəhd edən bir neçə dronu ələ keçirib və məhv edib.
