29
Çad hökuməti Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, BMT Baş katibinə rəsmi bildiriş təqdim edilib. Hakimiyyət orqanları qərarlarını BCM-in məhdud effektivliyi və seçiciliyi ilə izah ediblər.
Nazirliyin məlumatına görə, məhkəmə tərəfindən açılan 13 istintaqdan doqquzu Afrika dövlətləri ilə bağlıdır və həbsdə olan yeddi təqsirləndirilən şəxsdən altısı Afrika ilə bağlı işlərdə iştirak edir.
Çad BCM-in fəaliyyət göstərdiyi Roma Statutunu 2006-cı ildə ratifikasiya edib. Bu sənədə əsasən, dövlətin çıxmaq qərarı BMT Baş katibinin bildiriş aldığı tarixdən bir il sonra rəsmi olaraq qüvvəyə minir.
