49
Rusiyanın Moskva bölgəsində hərbi təyyarə qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, yerli sakinlər SHOT-a bildiriblər ki, pilot katapult etməyi bacarıb. Məlumata görə, təyyarə təlim uçuşu zamanı Odintsovo rayonunda qəzaya uğrayıb.
İlkin məlumatlara görə, təyyarə Zveniqorod yaxınlığındakı kəndlər arasındakı tarlada qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarənin Su-57 olduğu iddia olunur.
