21
ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, İran hökuməti hələ ABŞ ilə razılaşmaya hazır deyil, lakin bu, tezliklə dəyişə bilər.
Ucnoqta.az xəbər verir ki, o, ASEAN nazirlik tədbirləri çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
“Problem ondadır ki, bu insanlar hər dəfə razılaşma bağladıqda ya onu pozurlar, ya da dəyişdirmək istəyirlər. Onlar hələ razılaşmaya hazır olmaya bilərlər, amma yəqin ki, tezliklə hazır olacaqlar, çünki ödədikləri qiymət çox yüksəkdir”, – Rubio deyib.
