34
Krasnodar diyarının Armavir şəhərindəki neft anbarında genişmiqyaslı dron hücumu nəticəsində yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, şəhər administrasiyasının “Max” kanalının məlumatına görə, yanğın 800 kvadrat metr ərazini əhatə edib.
Qeyd olunur ki, Armavir ən böyük hücumlardan birini yaşayıb. Şimal Sənaye Zonasındakı neft anbarına 16-dan çox dron hücumu edilib.
“Təcili yardım xidmətlərinin məlumatına görə, zərbə nəticəsində obyektdə təxminən 800 kvadrat metr ərazini əhatə edən yanğın baş verib. Bütün təcili yardım xidmətləri dərhal hadisə yerinə cəlb olunub”, – deyə məlumatda bildirilir.
