50
Salyanda ağır yol qəzası olub, üç nəfər ölüb, üç nəfər yaralanıb.
- Ucnoqta.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, “Prado” markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
