Cümə axşamı, Oktyabr 22 2026 - Bakı, Azərbaycan
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRƏDƏBİYYATPrezident qəbul keçirdi
ƏDƏBİYYAT

Prezident qəbul keçirdi

tərəfindən redaktor 28.04.2026 / 14:21
28.04.2026 / 14:21
A+A-
Sıfırla
440

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini deyərək, bu xüsusda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə dostluq münasibətlərinə toxundu. Prezident İlham Əliyev özünün Birləşmiş Ərəb Əmirliklərinə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağa səfərlərini, həmçinin bu səfərlər zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı, bütün bunların əlaqələrimizin genişləndirilməsində mühüm rol oynadığını vurğuladı.

Prezident İlham Əliyev Səid bin Mübarək Əl-Hacirinin ölkəmizə böyük nümayəndə heyəti ilə gəldiyini deyərək, bu səfərin münasibətlərimizin dərinləşdirilməsi baxımından roluna toxundu.

Qəbula görə minnətdarlığını bildirən Səid bin Mübarək Əl-Haciri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Azərbaycan Prezidenti salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağı xahiş etdi.

Qonaq dövlətimizin başçısının liderliyi ilə Cənubi Qafqaz regionunda sülh gündəliyinin irəli aparılması prosesində əldə edilmiş uğurlar, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə Azərbaycan Prezidentinin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi münasibətilə təbriklərini çatdırdı.

Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edən “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini xatırladı və buna görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə bir daha minnətdarlığını çatdırmağı qonaqdan xahiş etdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli gündəliyin zəngin olduğu vurğulandı, siyasi, iqtisadi, ticari, enerji, həmçinin bərpaolunan enerji, birgə investisiya fondunun fəaliyyəti, birgə hərbi təlimlər və digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Yaxın Şərqdəki vəziyyətə toxunuldu, regiondakı bütün məsələlərin diplomatik yolla həll edilməsinin vacibliyi bildirildi.

Paylaş 0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
“ASAN Xidmət”ə yeni səlahiyyət verilib
Sonrakı yazı
İsrail Livanda 16 şəhərin əhalisini evlərini təcili tərk etmələrini tələb etdi

Digər yazılar

Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

20.07.2026 / 14:38

YTB-dən gənc qələm sahiblərinə çağırış

29.06.2026 / 09:29

Bu qurumda araşdırmalara başlanıldı

26.05.2026 / 10:48

Prezident Sabir Rüstəmxanlı ilə bağlı sərəncam imzaladı

19.05.2026 / 15:56

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

14.05.2026 / 11:09

May ayının pensiyaları ödənildi

14.05.2026 / 09:44

Günəşdə güclü partlayış olub

04.05.2026 / 10:22

“ASAN Xidmət”ə yeni səlahiyyət verilib

28.04.2026 / 14:09

DİM mayın 3-də imtahan keçirəcək

24.04.2026 / 10:33

XƏBƏR LENTİ

  • Səudiyyə Ərəbistanında hava limanına hücumda ölənlərin sayı artdı

    22.10.2026 / 11:34
  • Ağ Ev Meksika ilə sərhəddə tikintinin bərpasını tələb etdi

    22.10.2026 / 11:32
  • Bakıda oktyabr istisi: Narahatlığa əsas varmı?

    22.10.2026 / 11:28
  • Əhməd Əhmədzadənin bacısı oğluna yüksək vəzifə verildi

    22.10.2026 / 11:12
  • Azərbaycanda bəzi məhsulların ixrac rüsumu 100 dəfə artırılır

    22.10.2026 / 10:45
  • “Bu gün yenə səni seçərdim”

    22.10.2026 / 10:40
  • Son sutkada Rusiya Ordusu 2 mindən çox itki verib

    22.10.2026 / 10:34
  • Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz azalıb

    22.10.2026 / 10:23
  • Bağlı qalan daha 12 cinayətin üstü açılıb

    22.10.2026 / 10:12
  • “Ermənistan sülh prosesini yubadır, …” – Vüqar Bayramov

    22.10.2026 / 10:03
  • NATO Ukraynaya silah alışına icazə verəcək

    22.10.2026 / 09:57
  • Avro və rubl bahalaşıb – dollar isə …

    22.10.2026 / 09:51
  • Bu 3 bürcün həyatı dəyişə bilər: Onları nələr gözləyir?

    22.10.2026 / 09:01
  • Tıxac olan yolların Siyahısı

    22.10.2026 / 08:29
  • Venesuelada hökumətlə müxalifət arasında danışıqlar başa çatıb

    22.10.2026 / 08:04
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə

Həmçinin oxuyunx

Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

20.07.2026 / 14:38

YTB-dən gənc qələm sahiblərinə çağırış

29.06.2026 / 09:29

Bu qurumda araşdırmalara başlanıldı

26.05.2026 / 10:48

Prezident Sabir Rüstəmxanlı ilə bağlı sərəncam imzaladı

19.05.2026 / 15:56

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

14.05.2026 / 11:09